"Liverpul" liderliyi əldən verdi

22:35 - 07 Aprel 2024

\"Liverpul\" liderliyi əldən verdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaşması keçirilib.

 

Manset.az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında turnir cədvəlinin lideri “Liverpul”la qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Bruno Fernandeş və Mayno fərqləniblər. Qonaqların qollarına isə Diaz və Salah imza atıblar.

Beləliklə, 31 turdan sonra hesabında 71 xal olan Liverpul ikinci pilləyə enib. Onunla eyni xal toplayan “Arsenal” isə zirvəni ələ keçirib. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Mançester Siti”nin hesabında 70 xal var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az