“Galatasaray” - “Fənərbaxça” arasında oynanılan Türkiyə Super Kubokunun finalı baş tutmayıb.
Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb “Fənərbaxça”lı futbolçuların meydanı tərk etməsidir.
Belə ki, oyun başlayan kimi Mauro İkardi qol vurub, daha sonra “Fənərbaxça”lı futbolçular meydanı tərk edib.
Qeyd edək ki, bu addıma səbəb “Fənərbaxça” prezidenti Ali Koçun Türkiyə futbolunun idarəçilərinə etiraz etməsidir. O, hakim təyinatlarına və ya “Trabzonspor” oyununda baş verənlərə görə Türkiyə Futbol Federasiyasına etirazını bu şəkildə bildirib.