Ronaldodan hakimə qarşı şok hərəkət: Yumruğunu qaldırdı - VİDEO

09:31 - 09 Aprel 2024

Ronaldodan hakimə qarşı şok hərəkət: Yumruğunu qaldırdı - VİDEO

Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçında "Əl Hilal" və "Əl Nəsr" komandaları üz-üzə gəlib. Qarşılaşmada "Əl Hilal" 2:1 hesabı ilə qalib gəlsə də, Kriştiano Ronaldonun qırmızı vərəqəsi matça damğasını vurub.

 

Manset.az xəbər verir ki, qərardan sonra çox əsəbiləşən Ronaldo hakimə yumruğunu qaldırıb.

Ronaldo meydanı tərk edərkən hakimi alqışlayaraq ona etiraz edib və hakimi tribunalara işarə edib.

Hadisələr matçın 86-cı dəqiqəsində cərəyan edib.

Qeyd edək ki, qarşılaşmada Xorxe Jesusun çalışdırdığı “Əl Hilal”a qələbə gətirən qolları 61-ci dəqiqədə Salim ed-Devseri, 72-ci dəqiqədə isə Malkom vurub. Əl Nəsrin yeganə qolu 90+9-da Sadio Manedən gəlib. Bu nəticə ilə “Əl Nassr” kubokdan kənarlaşdırılıb, “Əl Hilal” isə finalda “Əl İttihad”ın rəqibi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az