UEFA "Qalatasaray"dan onları cəzalandırdı

19:27 - 12 Aprel 2024

UEFA \"Qalatasaray\"dan onları cəzalandırdı

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin “Sparta” (Praqa) – “Qalatasaray” cavab matçında baş verən hadisələrlə bağlı qərarları açıqlayıb.

 

Manset.az  xəbər verir ki,  “Qalatasaray”ın baş məşqçisi Okan Buruk qeyri-idman hərəkətinə görə 2 oyunluq, müdafiəçi Kaan Ayhan rəqib futbolçuya qarşı sərt müdaxilə etdiyin üçün 1 matçlıq, məşqçi Serhat Doğan başqa şəxsə hücum səbəbiylə 3 oyunluq cəzalandırılıb. 

Xatırladaq ki,  “Sparta” – “Qalatasaray” cavab oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatmışdı. Görüşün final fiti səsləndikdən sonra iki klubun oyunçuları və məşqçi heyəti arasında dava düşmüşdü.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az