"Mançester Siti" İngiltərə Premyer Liqasında 37-ci tur oyununa çıxıb.
Manset.az xəbər verir ki, Mançester təmsilçisi səfərdə "Fulhem"lə qarşılaşıb. Matç qonaq komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Fulhem" - "Mançester Siti" - 0:4
Qollar: Qvardiol, 13, 71, Foden, 59, Alvares, 90+6
Bu qələbə ilə xalını 85-ə (36 oyun) çatdıran "Mançester Siti" turnir cədvəlində 1-ci pilləyə yüksəlib. "Arsenal" 83 xalla (36 oyun) 2-ci, "Liverpul" 78 xalla (36 oyun) 3-cüdür.