Yunanıstanın “Panatinaikos” klubu türkiyəli məşhur mütəxəssis Fatih Terimlə yollarını ayırıb.
Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifələri paylaşım edib.
F.Terim uğursuz nəticələrə görə klubdan göndərilib.
Qeyd edək ki, “Panatinaikos” türkiyəli mütəxəssisin rəhbərliyi altında Yunanıstan Superliqasının son turunda PAOK-a 1:4 hesabı ilə uduzaraq çempionluq şansını itirmişdi.