Avropa çempionatında Azərbaycanı bu atletlər təmsil edəcək

16:51 - 31 May 2024

Avropa çempionatında Azərbaycanı bu atletlər təmsil edəcək

İyunun 7-də İtaliyanın paytaxtı Romada atletika üzrə Avropa çempionatına start veriləcək.

 

Manset.az xəbər verir ki, müxtəlif yarışlarda əldə etdikləri nəticələr əsasında 4 atletimiz mötəbər yarışda iştirak hüququ qazanıb.

Çəkic atma növündə Anna Skidan, uzunluğa tullanmada Nazim Babayev, üç təkanla tullanmada Yekaterina Sarıyeva və Aleksis Kopello ölkəmizi 26-cı Avropa çempionatında təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az