"Çelsi" futbolçusuna Olimpiya oyunları ilə bağlı qadağa qoydu - FOTO

09:43 - 04 İyun 2024

\"Çelsi\" futbolçusuna Olimpiya oyunları ilə bağlı qadağa qoydu - FOTO

Londonun "Çelsi" klubu yarımmüdafiəçisi Enzo Fernandesin Argentina millisi ilə Olimpiadaya getməsinə qadağa qoyub.

 

Manset.az xəbər verir i, bu barədə jurnalist Qaston Edula özünün "X" sosial şəbəkəsində yazıb.

Mənbənin sözlərinə görə, 23 yaşlı futbolçu həqiqətən də Parisdəki turnirdə olmaq istəyib və bu mövzuda rəhbərliklə bir neçə dəfə danışsa da, onu buraxmayıblar. Nəticədə Fernandes milliyə dəvət olunan futbolçular arasında olmayıb.

Fernandes 2023-cü ilin yanvarında "Benfika"dan "Çelsi"yə keçib. Transfer məbləği 121 milyon avro olub. Transfermarkt yarımmüdafiəçini 75 milyon avro qiymətləndirir.

Bu mövsüm Fernandes 40 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az