“Neftçi”dən ayrılan Mirzova nə vəd olunub?

19:00 - 19 İyun 2024

“Neftçi”dən ayrılan Mirzova nə vəd olunub?

"Neftçi"dən ayrılan Reziuan Mirzovun yeni klubu bəlli olub.

 

Manset.az İdman.Biz-ə istinadən bildirir ki, rusiyalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

O, "Ximki"yə azad agent kimi keçəcək. Mirzov 2 illik müqavilə imzalayacaq.

30 yaşlı futbolçu tibbi müayinədən keçib. Klub rəhbərliyi Mirzovu razı salmaq üçün ona vəd ediblər ki, tez-tez baş məşqçi dəyişmək tendensiyasına son qoyulacaq.

Qeyd edək ki, yarımmüdafiəçi 2020-22-ci illərdə də "Ximki"də çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az