Konstitusiya Məhkəməsinin ötən il təqaüdə göndərilən hakimi Rafael Qvaladze vəfat edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim 78 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze ötən il Prezidentin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdi.
Onun oğlu Otari Qvaladze hazırda Konstitusiya Məhkəməsinin hakimidir.