Bəzi ərazilərdə işıq olmayacaq

13:34 - 15 Yanvar 2026

Bəzi ərazilərdə işıq olmayacaq

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.


Manset.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) yanvarın 15-də Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.

Bununla əlaqədar 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasından qidalanan 1 nömrəli 25 MVA transfarmator razılaşdırılmış sifariş əsasında açılacaq.

Eyni zamanda, Milli SCADA sisteminin qurulması məqsədilə Naxçıvanın Qoçüstü məhəlləsi, Cənlibel, 35-ci məhəllə, Sabir, Şaxtatinski, Gəray Əsədov küçələri və 10–11-ci küçələrdə saat 19:30-dan 20:30-dək elektrik enerjisinin verilişi dayandırılacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az