İranda baş verən etiraz aksiyaları fonunda Təbrizdə gərginlik pik həddə çatıb və şəhərdə faktiki olaraq hərbi vəziyyət elan edilib.
Manset.az xəbər verir ki, bu barədə “Iran International” portalı yerli sakinlərə istinadən məlumat yayıb.
Sakinlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri tərəfindən şəhərdə qeyri-rəsmi komendant saatı tətbiq olunub və vətəndaşlara axşam saat 20:00-dan sonra küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.