"Fənərbaxça" Cenk Tosunla müqaviləni ləğv etdiyini TFF-yə bildirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun yaxın vaxtlarda "Kasımpaşa" klubuna keçidi gözlənilir. Emre Belözoğlunun baş məşqçisi olduğu "Kasımpaşa" daha əvvəl İrfan Can Kahveci və Kerem Demirbayı da heyətinə qatıb.
Qeyd edək ki, Cenk Tosun 2024-cü ildə "Fənərbaxça" ilə müqavilə imzalamışdı.