"Fənərbaxça" Çempionlar Liqasında qələbə qazandı - VİDEO

11:36 - 24 İyul 2024

\"Fənərbaxça\" Çempionlar Liqasında qələbə qazandı - VİDEO

UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində Türkiyənin "Fənərbağça" klubu İsveçrədə "Luqano" ilə qarşılaşıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, matçda hesabı ev sahibləri açsalar da, sonda sevinən tərəf İstanbul klubu olub. Edin Dzekonun het-triki və Ferdi Kadıoğlunun qolu "Fənər"in qələbəsini təmin edib. Matç ərzində isveçrəlilər daha iki dəfə fərqlənsələr də bu, məğlubiyyətdən xilas olmaq üçün kifayət etməyib - 3:4.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 30-da oynanılacaq.

 

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az