Lionel Messi "İnter Mayami" ilə müqaviləni yeniləməyəcək

12:10 - 26 Sentyabr 2024

Lionel Messi \"İnter Mayami\" ilə müqaviləni yeniləməyəcək

Argentina millisinin futbolçusu Lionel Messi "İnter Mayami" klubu ilə müqaviləni yeniləməyəcək.

 

Manset.az "El Nacional"a istinadən xəbər verir ki, hücumçu 2025-ci ilin sonunda ABŞ təmsilçisindən ayrılacaq.

37 yaşlı ulduz futbolda ilk addımlarını atdığı “Nyuells Old Boys”da karyerasını başa vurmaq üçün vətənə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, L.Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. O, bu müddətdə meydana çıxdığı 32 oyunda 27 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az