İngiltərə çempionu "Neftçi"də

20:40 - 08 Fevral 2025

İngiltərə çempionu \"Neftçi\"də

"Neftçi” növbəti transferini həyata keçirib.

 

Manset.az xəbər verir ki, "ağ-qaralar" Seneqal əsilli ingiltərəli hücumçu Bassala Sambunu heyətinə qatıb.

Yeni komandasında 9 nömrəli formanı geyinəcək 27 yaşlı forvardla 1,5 illik müqavilə bağlanıb.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka Kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az