Millimiz Qazaxıstanı məğlub etdi

19:20 - 19 Fevral 2025

Millimiz Qazaxıstanı məğlub etdi

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda qrupdakı son matçını qələbə ilə başa vurub.

 

Manset.az xəbər verir ki, İlham Yadullayevin çalışdırdığı kollektiv Qazaxıstan yığmasını 2:1 hesabı ilə üstələyib.

Millinin heyətində Əhməd Vəliyev (57) və İmran Süleymanzadə (66) fərqlənib.

Qeyd edək ki, U-17 daha əvvəl keçirdiyi görüşlərdə Rusiya millisinə 0:3 hesabı ilə məğlub olub, İranı isə üstələyib (1:0)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az