AFFA oyunları təxirə saldı

23:10 - 20 Fevral 2025

AFFA oyunları təxirə saldı

AFFA aşağı yaş qrupları üzrə daha bir neçə liqalarda keçiriləcək oyunları təxirə salıb.

 

Manset.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Beləliklə, AFFA-nın bayrağı altında təşkil edilən AFFA U-15, AFFA U-16, AFFA U-17 və Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Qeyd edək ki, daha öncə həmin səbəblə bağlı bütün zonalar üzrə 22 və 23 fevral tarixlərində keçirilməsi planlaşdırılan AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11, AFFA U-12, AFFA U-13 və AFFA U-14 Liqalarının oyunları da təxirə salınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az