“Bavariya” öz meydanında qələbə qazandı

00:25 - 30 Mart 2025

“Bavariya” öz meydanında qələbə qazandı

“Bavariya” komandası Bundesliqanın 27-ci turunda öz meydanında “St Pauli” ilə qarşılaşıb.

 

Manset.az xəbər verir ki, görüşdə Münxen təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Oyunda hesab 17-ci dəqiqədə açılıb. “Bavariya”nın ingilis legioneri Harri Keyn adını tabloya yazdırıb.

Bu qoldan on dəqiqə sonra qonaqlar Elias Saadın sayəsində oyunda tarazlığı bərpa ediblər – 1:1.

Görüşün 53-cü və 71-ci dəqiqələrində Leroy Sane “Bavariya”nı yenidən hesabda irəli çıxarıb.

Əsas vaxta əlavə olunmuş hissədə “St Pauli”nin heyətində Lars Ritska bu qollardan birinin əvəzini çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az