Fənərbaxça-Qalatasaray derbisi ilə bağlı HƏR ŞEY

16:07 - 02 Aprel 2025

Fənərbaxça-Qalatasaray derbisi ilə bağlı HƏR ŞEY

Ziraat Türkiyə Kubokunun 1/4 final matçında "Fənərbaxça" və "Qalatasaray" komandaları üz-üzə gələcək.

 

Manset.az xəbər verir ki, Ülkər stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. 

Şifrəsiz yayım...

Baş hakim Cihan Aydının idarə edəcəyi qarşılaşmada köməkçi hakim funksiyasını Deniz Caner Özaral və Volkan Ahmet Narınç yerinə yetirəcək. Matç ATV-də şifrəsiz yayımlanacaq.

Hakimlər açıqlandı...

Bu gün Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində "Fənərbaxça" - "Qalatasaray" derbisində vəzifəsini yerinə yetirəcək Video Köməkçi Hakimin (VAR) adı açıqlanıb.

Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, Ülkər Stadionunda Bakı vaxtı ilə saat 21.45-də başlayacaq qarşılaşmanı Cihan Aydın idarə edəcək , VAR funksiyasını alman Paskal Müller idarə edəcək.

Qarşılaşmada AVAR funksiyasını Erkan Engin yerinə yetirəcək.

Tək oyunluq matç...

Bir oyundan ibarət 1/4 finalın qalibi yarımfinala yüksələcək. Matçın 90 dəqiqəlik hissəsində qalib müəyyənləşməsə, 15 dəqiqəlik iki əlavə vaxt oynanılacaq. Əgər bərabərlik davam edərsə, irəliləyən komanda bir sıra penaltilər seriyası ilə müəyyənləşəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv