PSJ bunu bacaran ilk Fransa klubu oldu

17:23 - 08 May 2025

PSJ bunu bacaran ilk Fransa klubu oldu

PSJ klubu Fransa futbolunun tarixinə düşüb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi 1992/1993 mövsümündə formatı dəyişdikdən sonra UEFA Çempionlar Liqasının finalına iki dəfə yüksələn ilk Fransa klubu olub. PSJ daha əvvəl - 2020-ci ildə almaniyalı məşqçi Tomas Tuhelin rəhbərliyi altında finala yüksəlmişdi.

"Marsel" 1991 və 1993, "Reyms" 1956, 1959-cu illərdə köhnə formatda keçirilən turnirin finalında oynayıb. 

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq. Görüş mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv