Millimiz Belarusa qalib gəldi  

18:39 - 09 May 2025

Millimiz Belarusa qalib gəldi  

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.


Manset.az xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. 

Binə stadionunda təşkil olunan oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Ömər Kosayev və 59-cu dəqiqədə Ruslan Quliyev vurublar. 

Qeyd edək ki, Azərbaycan və Belarus milliləri mayın 11-də ikinci yoxlama görüşündə üz-üzə gələcəklər. Oyun saat 16:00-da Binə stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv