"Qrupdan lider olaraq çıxacağıq" - Millimizin kapitanı 

00:30 - 24 May 2025

\"Qrupdan lider olaraq çıxacağıq\" - Millimizin kapitanı 

Azərbaycan millisinin kapitanı Elvin Əlizadə minifutbol üzrə dünya çempionatında yer aldıqları A qrupunu birinci pillədə tamamlayacaqlarına inanır.


Manset.az Report-a istinadən xəbər verir ki, futbolçu bunu Sloveniya ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Ev sahibi olmağımıza baxmayaraq, ilk oyunda meydana öyrəşə bilmədiyimiz üçün qələbəni əldən verdik. Artıq hər şey istədiyimiz kimi gedir. İnşallah, qrupdan lider olaraq çıxacağıq. Qələbəyə görə bütün Azərbaycan xalqını təbrik edirəm".

Qeyd edək ki, Azərbaycan yığması A qrupundakı ikinci görüşündə Sloveniyaya 4:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv