Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb.
Manset.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə yüksəlib.
Könül Əliyeva (48 kiloqram) bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb. O, finalda polşalı Natalya Stoklosanı məğlub edib. Bu çəkidə digər təmsilçimiz Leyla Əliyeva isə bürünc mükafata sahib çıxıb.
Gültac Məmmədəliyeva (52 kiloqram) da keçirdiyi üç görüşdən qalib ayrılaraq qızıl medala layiq görülüb. O, finalda Buketnur Karabulutu (Türkiyə) üstələyib.
Yarışın ilk günündə isə Günel Həsənli (70 kiloqram) üçüncü yeri tutmuşdu.
Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 5-ci yeri tutub.