Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə münasibətdə olan Kriştiano Ronaldonun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Təcrübəli futbolçunun adı bir neçə klub tərəfindən hallansa da, “Əl-Nəsr” onu nəzarətdə saxlamaq üçün ciddi planlar hazırlayıb.
Manset.az xəbər verir ki, Fabrizio Romanonun verdiyi məlumata görə, klub Ronaldonu yeni müqaviləyə razı salmaq üçün onu qane edəcək bir transfer planı ortaya qoyacaq. Bu çərçivədə heyətə ən azı iki dünya səviyyəli futbolçunun dəvət edilməsi nəzərdə tutulur.
Qara transferdə ilk pillədə "Liverpul"un sol cinah oyunçusu Luis Diaz və "Feyenoord"un mərkəz müdafiəçisi David Hankko qərarlaşıb. Luis Diazın hazırkı bazar dəyəri 70 milyon avro, Hankonunki isə 30 milyon avro dəyərində qiymətləndirilir.
Ronaldo bu mövsüm "Əl-Nəsr"lə heç bir titul qazana bilməyib və yerli mətbuatın yazdığına görə, klubdan daha iddialı komanda formalaşdırmasını istəyib. Klub rəhbərliyi həm yerli, həm də beynəlxalq arenada uğur qazanmaq üçün yeni mövsümdə ciddi dəyişikliklərə başlayıb.
Yeni anlaşma və gözlənilən transferlər yaxın vaxtlarda rəsmən açıqlana bilər.