Bu gün UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşəcək.
Manset.az xəbər verir ki, ikinci oyun günündə İspaniya və Fransa yığmaları üz-üzə gələcəklər.
Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma “Ştutqart Arena”da keçiriləcək.
Məğlub komanda 3-cü yer uğrunda Almaniya ilə oyuna çıxacaq.
Xatırladaq ki, birinci yarımfinal oyununda Portuqaliya 2:1 hesabı ilə Almaniya üzərində qələbə qazanaraq finala çıxıb.