"Mançester Yunayted" 10 futbolçu ilə yollarını ayırdı 

09:57 - 10 İyun 2025

\"Mançester Yunayted\" 10 futbolçu ilə yollarını ayırdı 

İngiltərə Premyer Liqasının təmsilçisi "Mançester Yunayted" heyətində ciddi dəyişikliklərə başlayıb.


Manset.az xəbər verir ki, klub rəsmi açıqlama yayaraq 10 futbolçunun müqaviləsinin başa çatdığını və onların komandadan ayrıldığını bildirib.

Məlumatda qeyd olunub ki, Kristian Eriksen, Viktor Lindelöf, Conni Evans, Tom Heaton, Hubert Graczyk, Jack Kingdon, Sam Murray, Tom Myles, James Nolan və Tom Wooster artıq "qırmızı şeytanlar"ın formasını geyinməyəcəklər.

Yeni mövsümə ciddi şəkildə hazırlaşan "Mançester Yunayted" heyətini yenidən qurmağa davam edir. Mövsümə iddialı başlamaq istəyən klub rəhbərliyi artıq transfer işlərini sürətləndirib.

İngiltərə mətbuatının məlumatına görə, baş məşqçi Ruben Amorim iyulun ortalarına kimi yeni transferlərin komandaya qoşulmasını istəyir. Kluba təqdim olunan transfer siyahısında isə 70-ə yaxın futbolçunun adı yer alır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv