Real Madrid və Türkiyə millisinin gənc yarımmüdafiəçisi Arda Gülərin gələcəyi ilə bağlı yeni planlar müəyyənləşib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, baş məşqçi Karlo Ançelotti və Arda Gülərlə əvvəllər müxtəlif mövqelərdə çalışan Xabi Alonso arasında razılıq əldə olunub. Razılaşmaya əsasən, Gülərin Luka Modriçin funksiyalarına bənzər şəkildə oyunu oxumaq və idarə etmək rolu üzərinə götürəcəyi bildirilir.
Gənc türk futbolçunun texniki hazırlığı Alonsonun taktiki baxışlarına tam uyğun gəlir. Xabi Alonsonun Leverkuzen klubunda tətbiq etdiyi 3-4-2-1 taktiki sxemində "10 nömrə" mövqeyinin Arda Gülərə həvalə olunacağı gözlənilir.
Qeyd edək ki, Arda Gülər bu rolda Real Madridin son liqa oyunlarında yüksək performans nümayiş etdirib. Onun daha mərkəzi mövqedə oynadığı qarşılaşmalarda həm fərdi bacarıqları, həm də komanda üçün yaratdığı yaradıcı imkanlar ön plana çıxıb.
Mütəxəssislər Alonsonun rəhbərliyi altında Gülərin xüsusiyyətlərinin daha da inkişaf etdiriləcəyinə və komandanın şaquli yığcamlığı ilə sürətli keçidlərə töhfə verəcəyinə ümid edirlər.