Osimhen “Əl-Hilal”ın təklifini niyə rədd edib?

10:51 - 11 İyun 2025

Osimhen “Əl-Hilal”ın təklifini niyə rədd edib?

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Nigeriya millisinin hücumçusu Viktor Osimheni heyətinə qatmaq üçün böyük səylər göstərsə də, futbolçunun qərarı gözlənilənin əksi olub. Klub Osimhenə illik 45 milyon avro maaş təklif etsə də, ulduz futbolçu bu təklifi geri çevirib.


Manset.az-ın əldə etdiyi məlumata görə, Osimhenin bu qərarı verməsinin əsas səbəbi Premyer Liqada oynamaq istəyidir.

Məlumatda bildirilir ki, futbolçu xüsusilə “Mançester Yunayted”in təklifini gözləyir və klubun transfer üçün ən uyğun strategiyanı müəyyənləşdirməyə çalışdığı vurğulanır.

Qeyd edək ki, ötən mövsüm “Çelsi” də Osimhenin transferinə yaxın olsa da, razılaşma baş tutmamışdı. Hazırda “Mançester Yunayted”in futbolçuya ciddi maraq göstərdiyi və transfer planlaması apardığı bildirilir. İngiltərə təmsilçisinin Osimhenin transferi müqabilində “Bolonya”nın hücumçusu Coşua Zirkzeeni də danışıqlara daxil edə biləcəyi ehtimal olunur.

Transfer məsələsində qərarsız olan Osimhenin yaxın günlərdə gələcəyi ilə bağlı qəti qərar verməsi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv