İngiltərə Premyer Liqasının nəhənglərindən olan “Mançester Siti” İtaliya “Milan” klubunda çıxış edən hollandiyalı yarımmüdafiəçi Tijjani Reynderslə 5 illik müqavilə imzalayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu son iki mövsüm “Milan”da forma geyinib. Müdafiə və hücumda oynaya bilən Reynders ötən mövsüm A Seriyasının ən yaxşı yarımmüdafiəçisi seçilib. O, bu mövsüm 54 oyunda 15 qol vuraraq şəxsi rekordunu yeniləyib.
Futbolçu karyerasına Hollandiyanın PEC Zwolle klubunda başlayıb, daha sonra AZ Alkmaar komandasında çıxış edib. 2020-21 mövsümündən etibarən AZ-nin əsas heyətində oynayan Reynders 2023-cü ildə Hollandiya millisinin formasını ilk dəfə geyinib. O, millisin AVRO-2024-də yarımfinala yüksəlməsində mühüm rol oynayıb.
Xəbərə görə, Reynders “Mançester Siti” ilə xüsusi razılaşma əsasında FİFA Klublararası Dünya Çempionatında yeni klubun formasını geyinə biləcək.
Transferin dəyəri təxminən 60 milyon avro olaraq açıqlanıb.