Messi ilə Xames arasında gərgin anlar

15:33 - 11 İyun 2025

Messi ilə Xames arasında gərgin anlar

Amerika kubokunda keçirilən Argentina – Kolumbiya qarşılaşması zamanı gərgin anlar yaşanıb. Oyunun ikinci hissəsində Enzo Fernandesin Kolumbiyalı Castano ilə sərt mübarizəsi nəticəsində qırmızı vərəqə alması meydanda emosiyaların daha da artmasına səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən dərhal sonra hər iki komandanın kapitanları – Lionel Messi və Xames Rodriges arasında qısa, lakin diqqət çəkən bir dialoq baş verib. Futbolçular ağızlarını bağlayaraq bir-birilə danışsalar da, üz ifadələri gərginliyi açıq şəkildə nümayiş etdirib. Həmin an sosial şəbəkələrdə və idman xəbər saytlarında geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Xames Rodriges bu qarşılaşmadan bir neçə ay əvvəl verdiyi açıqlamada Kolumbiyanın Amerika Kubokunun finalında Argentinaya məğlubiyyətini oyunun hakimi ilə əlaqələndirmişdi. Rodriges bildirib ki, həmin matçda hakim penalti qərarlarında Kolumbiyanın ziyanına qərarlar verib və bu, nəticəyə birbaşa təsir göstərib.

"Final matçında hakim açıq-aşkar təsir etdi. Bizə heç olmasa bir penalti verilməli idi. Mən demirəm ki, Argentina qələbəyə layiq deyildi, amma bizi geri salan qərarlar oldu", – deyə Rodriges mart ayında verdiyi müsahibədə qeyd etmişdi.

Həmin gərginliyin təsiri dünənki qarşılaşmada da özünü göstərdi. Argentina ilə Kolumbiya arasında emosional oyun futbolçular arasında münasibətlərin nə qədər gərgin olduğunu bir daha sübut etdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv