Acun Ilıcalının sahibi olduğu “Hall Siti” klubu, son olaraq “Kayserispor”da uğur qazanan baş məşqçi Sergey Jakiroviçlə 2+1 illik müqavilə imzalayıb.
Manset.az -ın əldə etdiyi məlumata görə, rəsmi açıqlamada bildirilib ki, Sergey Jakiroviç “Hall Siti”nin yeni baş məşqçisi təyin olunub. Klubdan verilən məlumatda, məşqçi ilə uzunmüddətli əməkdaşlıq üçün 2+1 illik müqavilənin bağlandığı vurğulanıb.
İdarə Heyətinin sədri Acun Ilıcalı təyinatla bağlı fikirlərini bölüşərək bildirib: “Mustafa Yokes, Jared Dublin və Martin Hodge ilə birlikdə geniş və diqqətli seçim prosesindən sonra Sergey Jakiroviçin xidmətlərini komandamıza qatmaqdan məmnunuq.”