Dekabr ayında yaşadığı tənəzzüldən tam bərpa ola bilməyən və Çempionlar Liqasına son anda vəsiqə qazanan İngiltərənin “Mançester Siti” klubu yay transfer dönəminə sürətli start verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, klub rəhbərliyi qarşıdan gələn Klublararası Dünya Çempionatında uğurlu çıxış etməklə ötən mövsümdəki uğursuzluqları unutdurmaq niyyətindədir. Baş məşqçi Pep Qvardiolanın istəyi ilə artıq bir neçə futbolçu heyətə cəlb olunub.
Belə ki, komanda Tijjani Reynders, Rayan Çerki, Rayan Ait Nuri və qapıçı Markus Bettinellini transfer edərək bu günə qədər ümumilikdə 137 milyon avro xərc çəkiblər.
Digər tərəfdən, ötən mövsümün çempionu "Liverpul" isə yalnız bir futbolçunun transferi üçün 150 milyon avro ödəməyə hazırlaşır.
Ekspertlər bu inkişafları İngiltərə Premyer Liqasında yeni mövsüm öncəsi transfer bazarındakı canlanmanın ilk əlamətləri kimi qiymətləndirirlər.