Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

18:51 - 11 İyun 2025

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də onlar arasındadır.

Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş IJF Konqresində Marius Vizer quruma 6-cı dəfə prezident seçilib.

Səsvermə nəticəsində müəyyənləşən İcraiyyə Komitəsinin yeni tərkibinə 17 nəfər daxil olub. Onlar 2025-29-cu illərdə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, 2017-23-cü illərdə IJF İcraiyyə Komitəsində ACF-nin sabiq prezidenti Rövnəq Abdullayev də yer alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv