İki futbolçu “Qarabağ”dan getdi - RƏSMİ

22:07 - 11 İyun 2025

İki futbolçu “Qarabağ”dan getdi - RƏSMİ

"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç klubdan ayrılıb.


Manset.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Köhlən atlar" daha əvvəl Yassin Benzia və Patrik Andrade ilə vidalaşdığını açıqlayıb.


***

21:31

Yasin Benzia “Qarabağ”dan ayrılıb.


Manset.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi məlumat yayıb.

Onunla başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, Benzia Azərbaycan klubuna 2023-cü ilin yanvarında transfer olunmuşdu. O, daha öncə “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv