"Fənərbağça" klubu yay transfer pəncərəsinə damğa vurmaq üçün hərəkətə keçib.
Manset.az Offsideplus.az-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər" məşhur futbolçularla maraqlanır. "A Spor"un yaydığı məlumata görə, klub portuqaliyalı yarımmüdafiəçi Bernardo Silvanı heyətinə cəlb etmək istəyir.
Bundan əlavə, Kadıköy təmsilçisi Kayl Valkerin transfer şərtlərini soruşub. Klub qarşı tərəfdən cavab gözləyir, şərtlər istənilən kimi olsa, transfer gerçəkləşə bilər.