PSJ heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Manset.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Paris təmsilçisi "Bornmut"un müdafiəçisi İlya Zabarnıy ilə razılaşıb. Tərəflər 2030-cu ilə qədər müqavilə imzalamaq üçün anlaşıblar.
Mətbuatdakı xəbərlərə görə, İngiltərə klubu ukraynalı üçün PSJ-dən 70 milyon avro tələb edib.
Qeyd edək ki, 22 yaşlı İlya ötən mövsüm 36 matça çıxıb və 1 qolun ötürməsini verib.