İtaliya "Napoli" klubu, nigeriyalı hücumçu Viktor Osimhenin transferi üçün "Qalatasaray"la razılığa gələ bilməyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu vəziyyət, Osimhenin özünü narahat hiss etməsinə səbəb olub. "Napoli"nin prezidenti Aurelio De Laurentisin, "sarı-qırmızı" klubla dəfələrlə yeni tələblər irəli sürməsindən sonra Osimhen, klubuna sərt mesaj göndərib.
Məlumata görə, "Napoli"nin prezidenti De Laurentisin "Qalatasaray"dan gələn bütün təklifləri rədd etməsindən sonra, Osimhenin bu vəziyyətə münasibəti daha da gərginləşib. Osimhenin, "Napoli"yə göndərdiyi mesajda, "Qalatasarayda oynamaq istəyirəm. İstədiyiniz transfer haqqını verirlər, amma başqa komandaya keçəcəyimi düşünürsənsə, yanılırsınız" sözləri yer alıb.
Həmçinin, ulduz futbolçu, özünə qarşı sərgilənən münasibətə etirazını belə ifadə edib: "Bəsdir. Mənə qarşı bu münasibətə inana bilmirəm".
Osimhenin bu açıqlamasından sonra, "Napoli" klubunun rəhbərliyi ilə yeni münasibətlərin necə inkişaf edəcəyi, futbolsevərlərin diqqətini çəkib. Aydın olan budur ki, nigeriyalı hücumçunun gələcəyi ilə bağlı daha çox suallar yaranıb və klubun gələcək addımları böyük maraqla izlənilir.