"Qalatasaray" "Napoli"nin bu şərtini qəbul etdi

13:16 - 16 İyul 2025

\"Qalatasaray\" \"Napoli\"nin bu şərtini qəbul etdi

İtaliyanın “Napoli” klubu ilə Türkiyənin “Qalatasaray” komandası arasında Viktor Osimhenin transferi ilə bağlı danışıqlar hələ də gərgin şəraitdə davam edir.


Manset.az xəbər verir ki, İtalyan "Corriere dello Sport" qəzeti, transferin son vəziyyəti ilə bağlı yeni məlumatlar yayıb.

Qəzetin məlumatına görə, “Qalatasaray” və “Napoli” arasında danışıqlar yenidən başlasa da, tərəflər arasında razılığa gəlinən məsələlər var.

“Napoli”nin prezidenti, Osimhenin transferindən əldə edilən gəlirin 20 faizini gələcək satış qiymətindən tələb edib. Lakin “Qalatasaray” bu şərti qəbul etməyib. Eyni zamanda, “sarı-qırmızılılar” İtaliya klubunun, oyunçunun gələcəkdə ən azı üç il müddətində İtaliyaya satılmaması şərtini qəbul ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az