İspaniyanın "Barselona" futbol klubu "Kamp Nou" stadionuna avqustun 10-na planlaşdırılan qayıdışını təxirə salıb.
Manset.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, iyunun 25-də "Barsa" "Kamp Nou"da ənənəvi mövsümöncəsi Qamper kuboku uğrunda oyunu keçirəcəyini açıqlamışdı.
Xatırladaq ki, 2022-ci ildən katalon klubu ev oyunlarını Olimpiya Stadionunda keçirir. "Kamp Nou" isə təmirə bağlanıb.