“Qarabağ” növbəti transferini rəsmiləşdirib.
Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Coni Montieli heyətinə qatıb. 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin son klubu İspaniyanın “Rayo Valyekano”sı olub. O, sözügedən ölkənin “Levante”, “Valyadolid”, “Burqos”, “Toledo” kimi klubularında da çıxış edib.
Montiel karyerası ərzində 221 oyuna çıxaraq 21 qol vurub və 18 qolun ötürməsini edib. O, “Rayo Valyekano”nun yetirməsidir.