“Sabah” və “Araz-Naxçıvan”ın potensial rəqibləri bilindi

18:00 - 04 Avqust 2025

“Sabah” və “Araz-Naxçıvan”ın potensial rəqibləri bilindi

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.


Manset.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə "Sabah" və "Araz-Naxçıvan" klublarının da mümkün rəqibləri müəyyənləşib.

Bakı klubu III təsnifat mərhələsində Bolqarıstanın "Levski" komandasını üstələyəcəyi halda, AZ Alkmaar (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə ilə üz-üzə gələcək.

Naxçıvan təmsilçisi isə III raundda Kiprin "Omoniya" komandasını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə PAOK (Yunanıstan) – “Volfsberq” (Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.

Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab görüşləri isə 28-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az