Qalatasaray, transfer pəncərəsinin bağlanmasına az qalmış, PSJ-nin qapıçısı Matvey Safonov ilə müqavilə imzalamağa çalışır.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Artıq Leroy Sane və Viktor Osimhen ilə razılaşan "Sarı-qırmızılar", bu dəfə qapıçı mövqeyini gücləndirmək üçün rusiyalı qolkiperə yönəlmişdir.
PSJ-də üçüncü seçim qapıçısı olan Safonov, Gianluigi Donnarumma-nın qalması ilə şanslarının azaldığını görüb və klubdan ayrılmaq istəyir. Transferin başa çatması üçün Qalatasaray, 20 milyon avro civarında olan qiyməti ödəməli və Lukas Şevalyerin PSJ-yə keçidi təsdiqlənməlidir.