"Qarabağ" "Şkendiya"ya qalib gəldi - UEFA Çempionlar Liqası

00:19 - 06 Avqust 2025

\"Qarabağ\" \"Şkendiya\"ya qalib gəldi - UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşan "Qarabağ" qələbə qazanıb.


Manset.az xəbər verir ki, Skopyenin "Todor Proeski" stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qolu 18-ci dəqiqədə Toral Bayramov vurub. O, Leandro Andradeyə qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" cütünün qalibi ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az