Tammi Abraham UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Beşiktaş"ın "Sent Patrick's"lə oyununa damğasını vurub. İstanbul təmsilçisinin 27 yaşlı ingilis hücumçusu matçın ilk hissəsində üç qol vurmağı bacarıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Tammy Abraham Beşiktaş tarixində avrokubok matçının ilk yarısında het-trik edən ilk oyunçu olub.
Abraham "Beşiktaş"ın heyətində keçirdiyi 3 oyunda 4 qol vurub.