"Fənərbağça" böyük və dünyada rezonans yaradacaq transfer üzərində işləyir.
Manset.az xəbər verir ki, "Fənərbağça"nın əsas hədəfi Real Madridin braziliyalı ulduzu Rodriqodur. Xabi Alonso, Rodriqonu əsas heyətdə düşünmür və oyunçu ayrılmaq istəyir.
"Fənərbağça" isə bu transferi “Victor Osimhenin kirayəsi” kimi bir model üzrə reallaşdırmaq niyyətindədir. Klub, bu ayın sonunda Rodriqo üçün ciddi təklif verməyə hazırlaşır.