Barselona klubu, Joan Gamper Kuboku matçına dəvət etdiyi musiqiçilər Bizarrap və Niki Nikoluya hədiyyə forma təqdim edib.
Manset.az xəbər verir ki, Niki Nikoluya verilən formanı arxasında adı səhvən “Nicki” əvəzinə “Nicky” şəklində yazılıb. Bu kiçik görünən səhv sənətçini narahat edib və o, Instagram paylaşımlarında formanı tərsinə çevirərək səhvi gizlədib.
Səhv sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və həm klubun diqqətsizliyi, həm də qonağın həssaslığı önə çıxıb.
Niki Nikolu bir müddətdir Barselonanın gənc ulduzu Lamin Yamal ilə birgə hallandırırlar.