Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinə yekun vurulacaq.
Manset.az xəbər verir ki, bu mərhələdə təmsilçimiz "Araz-Naxçıvan" da bu gün cavab oyununa çıxır.
Avrokubokların debütantı doğma meydanda böyük hesabla məğlub olduğu Kiprin "Omoniya" klubuna üstəmələməyə çalışacaq.
Görüş saat 21:00-da başlayacaq.
Komandalar arasında Bakıda keçirilən ilk görüşdə "Omoniya" 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.
14 avqust
UEFA Konfrans Liqası
III təsnifat mərhələsinin cavab oyunları
21:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Omoniya" (Kipr)
İlk oyun - 0:4