“Çətin anlar yaşatdılar” 

22:54 - 14 Avqust 2025

“Çətin anlar yaşatdılar” 

Bolqarıstanın “Levski” komandasının baş məşqçisi Xulio Velaskes “Sabah”a qarşı keçirdikləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu şərh edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ispan mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında pley-off mərhələsinə yüksəlməyin sevindirici olduğunu söyləyib:

“İlk oyundakı hesabı qorumağı düşünmürdük. Futbolçularımla fəxr edirəm. Çox gözəl qələbə qazandıq. “Sabah”ın heyətində yüksək səviyyəli futbolçular var. Onlar zaman-zaman bizə çətin anlar yaşatdılar. İlk oyunla müqayisədə cəmi bir oyunçu dəyişikliyi etmişdik. Cavab matçında bir az rahat görünə bilərdik. Futbolçularım verilən tapşırıqların öhdəsindən layiqincə gəldi”.

İspan mütəxəssis “Levski”nin cavab qarşılaşmasında etibarlı oyun sərgilədiyini vurğulayıb:

“Düşünürəm ki, komandamız həm müdafiə, həm də hücum xəttində etibarlı çıxış etdi. Biz rəqibdən asılı olaraq oyun planımızı dəyişə bilərik”.

Qeyd edək ki, “Sabah” – “Levski” görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə bitib. Azərbaycan təmsilçisi səfərdəki ilk oyunda da 0:1 hesabıyla uduzduğu üçün avrokuboklarla vidalaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az