Messi futbol tarixində yeni rekorda imza atdı

21:59 - 17 Avqust 2025

Messi futbol tarixində yeni rekorda imza atdı

ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi karyerasında 875 qol vuraraq tarixi rekorda imza atıb.


Manset.az Report-a istinadən xəbər verir ki, futbolçu "Los Angeles Galaxy" ilə MLS çempionatının matçında fərqlənib.

Argentinalı hücumçu bu nailiyyəti tarixdə hamıdan tez - 1116 matçda əldə edib. Messi həm də bu uğura imza atan ən gənc futbolçu olub.

"Barselona"nın tərkibində Messi onqat İspaniya çempionu, yeddi dəfə İspaniya kubokunun qalibi olub, həmçinin dörd dəfə Çempionlar Liqasının qalibi adını qazanıb. Ümumilikdə o, kataloniyalıların tərkibində bütün turnirlərdə 778 oyun keçirib, 672 qol vurub. Bundan əlavə, Messi 8 dəfə “Qızıl top” sahibi olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az